"Bank of America" bitkoinlə ticarətə çıxışı bloklaşdırıb


İqtisadiyyat 05 Yan 2018 17:15:28 279 0

"Bank of America" bitkoinlə ticarətə çıxışı bloklaşdırıb

Qadağa dalğası bir çox inkişaf etmiş ölkələri əhatə edib

ABŞ-ın "Bank of America Merrill Lynch" bankının İnvestisiya Departamenti "Bitcoin"lə əməliyyat aparan müştəri və maliyyə məsləhətçilərinin bu maliyyə alətinə çıxışını bloklaşdırıb. "Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu barədə Bankın mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilir ki, əməliyyatların bloklaşdırılmasına səbəb bu növ investisiyaların məqsədəuyğun hesab edilməməsidir.

Bank bir qədər əvvəl öz müştərilərinə bitkoinlə fyuçers əməliyyatlarına xidmət göstərməkdən imtina edib. Həmçinin, maliyyə məsləhətçilərinə bitkoinə investisiya edən "Grayscale" fondunun qiymətli kağızlarına investisiyalar qadağan olunub.

Qeyd edək ki, son zamanlar qadağa dalğası ABŞ başda olmaqla bir sıra ölkələri bürüyüb. UBS bankın ABŞ şöbəsi, "JPMorgan", "Citigroup", "Royal Bank of Canada" və s. banklar öz müştərilərinə bitkoinlə ticarəti qadağan edib.