PSG Ronaldoya 60 milyon məvacib təklif edir


İdman 05 Yan 2018 16:10:00 276 0

PSG Ronaldoya 60 milyon məvacib təklif edir

PSG yenə "Real"ın portuqaliyalı ulduzu Kriştianu Ronaldoya maraq göstərir. Goal.az "El Confidental"a istinadən xəbər verir ki, Paris klubu ona illik 60 milyon avro məvacib ödəməyə hazırdır. Ronaldonun xidmətində daha 2 klub maraqlıdır.

PSG son vaxtlar transferlərə böyük həcmdə pullar xərclədiyindən "Financial fair play" qaydalarını pozmaqda şübhəli bilinir. Buna baxmayaraq, klub rəhbərliyi Ronaldonu transfer etmək arzusundan əl çəkmək istəmir. Danışıqlara Edinson Kavanini "Real"a göndərmək daxil edilə bilər. Paris klubu sponsor müqavilələrindən əldə olunacaq gəlirlə xərcləri kompensasiya etməyi düşünür.