Bakı dünyada əhalinin ən sıx məskunlaşdığı ərazilərdən biri olub


Digərləri 05 Yan 2018 15:58:00 265 0

Bakı dünyada əhalinin ən sıx məskunlaşdığı ərazilərdən biri olub

Bu gün Bakı şəhəri və Abşeron yarımadası dünyada əhalinin ən sıx məskunlaşdığı ərazilərdən birinə çevrilib.

Son.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.

Onun sözlərinə görə, bu gün Abşeron yarımadası Azərbaycanda əhalinin ən sıx məskunlaşdığı ərazidir. Hazırda Abşeron yarımadasında əhalinin sıxlığı hər kvadrat km-ə 850-1000 nəfərə çatır:

"Bu, o deməkdir ki, Abşeron yarımadası dünyanın ən sıx məskunlaşdığı ərazilərdən biridir. Bu gün yalnız Bakı şəhərində deyil, onun ətraf ərazilərində də insanlar sıx məskunlaşıb. Bakı şəhəri artıq böyük aqlomerasiyadır. Bakı ətrafındakı qəsəbələrlə birlikdə böyük aqlomerasiya yaradıb".

Əhalinin Bakı şəhəri və Abşeron yarımadasında daha çox məskunlaşmasının yaratdığı problemlərdən danışan N.Paşayev qeyd edib ki, Abşeron yarımadasında məskunlaşma xüsusi planlaşma əsasında aparılmayıb. Burada çoxlu nizamsız evlərin tikilməsi nəticəsində ərazidə su, işıq təminatı pisləşir: