Türkiyədə yaşayan azərbaycanlı milyarder otellerəinə heç bir həmvətənini buraxmır QALMAQAL


Digərləri 05 Yan 2018 15:05:00 265 0

Türkiyədə yaşayan azərbaycanlı milyarder otellerəinə heç bir həmvətənini buraxmır  QALMAQAL

Azərbaycanlı milyarder Qabil Həsənov Türkiyədəki otellərinə azərbaycanlı müştərilərin qəbul edilməsinə qadağa qoyub.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. İddia edilir ki, Q.Həsənovun otellərində bütün millətlərə, o cümlədən erməni əsilli turistlərə xidmət edilsə də, yalnız azərbaycanlıları qəbul etmirlər.

Bu vaxta qədər Azərbaycanda adı o qədər də bəlli olmayan Qabil Həsənov kimdir?

Əldə etdiyimiz məlumata görə, Q.Həsənov, əsasən, Rusiyada böyük biznesə sahib olub. Daha sonra isə Avropa ölkələrində də müəyyən fəaliyyət göstərib. Son illər, xüsusilə Rusiyaya tətbiq edilən sanksiyalardan sonra Rusiyadakı əmlakını sataraq, biznesini Türkiyəyə köçürüb.

Türkiyədə "Tez Tour" şirkətinə məxsus "Alva Donna Beach Resort Comfort" otelini alıb. O, həmçinin Antalyanın Belek rayonunda da "Alva Donna" adında beşulduzlu otelə sahibdir.

"Tez Tour" Türkiyənin ən məşhur şirkətlərindən biri sayılır. 1994-cü ildə iki rus və bir türk iş adamı - Ləvənt Aydın, Aleksandr Burtin və Aleksandr Sinigibiskiy tərəfindən qurulub. Qısa müddətdə məşhurlaşıb, 28 ölkədə fəaliyyətini qurub: ümumilikdə beşulduz olmaqla 1272 otelə sahib, 99 turist agentliyi ilə dünyanın ilk 500 şirkəti sırasında 113-cü yerə qalxıb.