Azərbaycan məşqçisi və gimnastı Əlcəzairdə masterklas keçir FOTO


Digərləri 05 Yan 2018 14:53:25 237 0

Azərbaycan məşqçisi və gimnastı Əlcəzairdə masterklas keçir  FOTO

Bədii gimnastika üzrə milli komandamızın məşqçisi Lalə Məhərrəmova və gimnastımız Zöhrə Ağamirova master-klas keçmək üçün Əlcəzairə yollanıblar.

Son.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Afrika Oyunlarına hazırlaşan Əlcəzairin bədii gimnastika üzrə yığma komandasının üzvlərinə ustad dərsləri keçən təmsilçilərimiz, onlara bir sıra elementlər nümayiş etdirib və çıxış proqramlarına düzəlişlər ediblər.

Dərslər çərçivəsində məşqçimiz və gimnastımızla görüşən Əlcəzairin Bədii Gimnastika Federasiyasının prezidenti Zahi Sofiane həmvətənlilərimizə böyük diqqət göstərərək onlara "Təşəkkür" plaketi təqdim edib.


Xəbərə aid fotolar