Professorun evindən oğurluq edən xadimə barəsində cəzanın icrası təxirə salındı


Digərləri 05 Yan 2018 14:45:00 252 0

Professorun evindən oğurluq edən xadimə barəsində cəzanın icrası təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində xeyli miqdarda oğurluqda təqsirləndirilən Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi prosesdə hökm oxunub.

Məhkəmə M. Quliyevanı 4 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.

Məhkəmə M. Quliyevanın istintaq dövründə 4, məhkəmə dövründə isə 1 uşağının olmasını nəzərə alaraq, onun sonuncu uşağı 14 yaşına çatanadək cəzanın icrasını təxirə salıb.

Qeyd edək ki, hadisə ötən il Nəsimi rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib. İttihama görə, zərərçəkmiş Aida İbrahimovanın evində xadimə işləyən M. Quliyev mənzildən 30 min manatdan çox qızıl zinət əşyaları və pul oğurlayıb.