İnterpolun axtardığı azərbaycanlı qadınlar FOTO


Kriminal 05 Yan 2018 14:47:00 260 0

İnterpolun axtardığı azərbaycanlı qadınlar  FOTO

Bu günə qədər müxtəlif cinayətlər törətmiş 31 azərbaycanlı qadın İnterpol xətti ilə axtarışa verilib.

Son.az xəbər verir ki, azvision.az-ın apardığı araşdırmaya əsasən, axtarışa verilən qadınlardan ən qocamanı 71 yaşındadır. 1946-ci il təvəllüdlü Fatimat Zairbəyova külli miqdarda mənimsəmə, qaçaqmalçılıq, saxtakarlıq və yalan informasiya verməkdə təqsirli bilinir.

Digər cinayətkar - 70 yaşında olan 1947-ci il təvəllüdlü, Masallı rayon sakini Rəna Həsənova fırıldaqçılığa görə axtarışa verilib.

İnterpol vasitəsilə axtarılan Almara Hüseynovanın isə 69 yaşı var. 1948-ci il təvəllüdlü, Naftalan şəhər sakini olan A.Hüseynova bir qrup şəxs tərəfindən mütəşəkkil fırıldaqçılıqda ittiham olunur.


Xəbərə aid fotolar