Faiq Ağayev: "İlk dəfə 4 yaşımda öpüşmüşəm"


Şou-biznes 05 Yan 2018 14:14:00 297 0

Faiq Ağayev: "İlk dəfə 4 yaşımda öpüşmüşəm"

Xalq artisti Faiq Ağayev "Klip+" verilişinə maraqlı açıqlamalar verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni aparıcının "Kliplərində intim səhnələr olan Faiq Ağayev həyatının intimindən danışmağı sevir? İlk öpüşünüzü xatırlayırsınız" sualına belə cavab verib:

"Hər zaman ancaq sənətdən danışıram. Ev, ailə, şəxsi həyat mənə aiddir. Bu barədə Azərbaycanda danışmaq düzgün deyil. Evdəkilər deyir ki, 4 yaşımda qohumlardan bir qızı öpüb, evlənməyə söz vermişdim. Məndən əvvəl onu aldılar, indi gözəl ailəsi var.  Qıza görə burnumu sındırıblar. Elə əməliyyat etdirməyimin də səbəbi o idi. Sinif yoldaşımın qohumları Kanadadan ona qolbağ göndərmişdi. Qızla eyni partada otururduq, səmimi idik. Qolbağını mənim qoluma taxmışdı. Bir gün dərsdən sonra o qızı istəyən başqa sinif yoldaşımla dava etdik. O mənim burnumu, mən onun çənəsini sındırdım".