30a yaxın reys təxirə salındı


Dünya 05 Yan 2018 13:15:00 254 0

30a yaxın reys təxirə salındı

Moskvanın Domodedovo, Vnukovo və Şeremetyevo hava limanlarında 30-a yaxın reys ləngiyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna Moskvada güclü qar yağması və hava limanlarında uçuş-eniş zolaqlarının buz bağlaması səbəb olub.

Qeyd olunur ki, Domodedovoda 10, Şeremetyevoda 15, Vnukovoda 5 reys ləngidilib.