Bakı polisinin sözçüsünün oğlu məhkəmə qarşısında


Kriminal 05 Yan 2018 12:23:00 209 0

Bakı polisinin sözçüsünün oğlu məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Arif Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrlik etdiyi hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib, təqsirləndirilən şəxsə hüquqları izah edilib.

Tərəflər hakimə, prokurora və digər proses iştirakçılarına etiraz etməyiblər. İclasda zərərçəkmiş şəxslər də iştirak edib.

İclasda məlum olub ki, A.Rəhimovun atası Qalib Rəhimov da zərərçəkmiş kimi tanınıb. Belə ki, onun avtonəqliyyat vasitəsinə zərər dəydiyi üçün istintaq zamanı zərərçəkmiş elan olunub.

Q. Rəhimov da iclasda iştirak edib. İclasda tərəflər hər hansı vəsatətlə çıxış etməyiblər.

Dövlət ittihamçısı cinayət işinin məhkəməyə verilməsini təklif edib.

Müşavirədən sonra məhkəmə baxışı yanvarın 12-nə təyin edilib.