Qalib Arifin oğlunun məhkəməsində anket məlumatları dəqiqləşdirilib - YENİLƏNİB


Sosial 05 Yan 2018 12:15:00 301 0

Qalib Arifin oğlunun məhkəməsində anket məlumatları dəqiqləşdirilib - YENİLƏNİB

Məhkəmənin baxış iclası yanvarın 12-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu 1998-ci il təvəllüdlü Arif Rəhimovun cinayət işi məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, 1998-ci ildə Bakı şəhərində anadan olmuş A.Rəhimov subay və orta təhsilidir.

Daha sonra zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib və hadisə zamanı dünyasını dəyişmiş şəxsin hüququ varisi elan olunub.

Məhkəmənin baxış iclası yanvarın 12-nə təyin edilib.

*** 10:25

Bakı. 5 yanvar.