Ərdoğandan Ruhaniyə çağırış: "İran xalqının tələblərini nəzərə al"


Dünya 05 Yan 2018 12:20:00 245 0

Ərdoğandan Ruhaniyə çağırış: "İran xalqının tələblərini nəzərə al"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı zamanı İslam Respublikasının Prezidentini İran xalqının tələblərini nəzərə almağa çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu R.T.Ərdoğan Fransa KİV-lərinə açıqlamasında deyib.

Onun sözlərinə görə, telefon danışığı zamanı H.Ruhani bildirib ki, İran şəhərlərində vəziyyət tam nəzarət altındadır və narahatlığa heç bir əsas yoxdur.

Türkiyənin dövlət başçısı qeyd edib ki, İrandakı vəziyyət ölkənin daxili işidir və proseslərə istənilən xarici müdaxilə yolverilməzdir.