Messi bu şərtlə "Barcelona"nı azad agent kimi tərk edə bilər


İdman 05 Yan 2018 12:00:00 282 0

Messi bu şərtlə "Barcelona"nı azad agent kimi tərk edə bilər

Lionel Messinin "Barcelona" ilə 2021-ci ilin yayına kimi uzatdığı müqaviləsində Kataloniyanın müstəqilliyi ilə bağlı xüsusi bənd yer alır. Goal.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, regionda hökm sürən qeyri-stabil siyasi mühiti nəzərə alan tərəflər argentinalı ulduzun klubu tərk etməsi üçün şərtlər müəyyənləşdirib. Kataloniya İspaniyadan ayrılsa, Messi hələ də "Barcelona"da oynaya bilər. Bunun üçün komanda İspaniya, Fransa, İngiltərə və ya Almaniya çempionatında çıxış etməlidir. "Barca" Kataloniya milli liqasında oynamağa başlasa, Messi klubu azad agent kimi tərk etmək hüququ qazanacaq. Yeni müqavilədə, həmçinin Messinin buraxılış qiyməti 700 milyon avroya qədər yüksəldilib.