30 milyona yaxın insanın iştirakı ilə baş tutan Ərbəin yürüşü haqqında film çəkilib


Kriminal 05 Yan 2018 11:35:00 275 0

30 milyona yaxın insanın iştirakı ilə baş tutan Ərbəin yürüşü haqqında film çəkilib

2017-ci ildə dünyanın müxtəlif ölkələrindən 30 milyona yaxın insanın iştirakı ilə baş tutan Ərbəin yürüşü haqqında sənədli film çəkilib.

Türkiyədə fəaliyyət göstərən "Doruk medya"nın sifarişi ilə Azərbaycanda fəaliyyət göstərən "Çıraq media"da istehsal olunan sənədli filmin rejissoru Kamal Yaşar, operatoru Müşfiq Məmmədovdur. Film müsəlman təqvimi ilə Məhərrəm ayında baş tutan və dünyanın müxtəlif ölkələrindən təxminən 30 milyon civarında insan izdihamının iştirak etdiyi Ərbəin yürüşü haqqındadır. Bu yürüşün ən maraqlı tərəflərindən biri dünyanın fərqli yerlərindən bir məram uğruna toplaşan milyonlarlarla insanın gecə-gündüz demədən günlərlə eyni yolda addımlamaları və yol boyu olduqca maraqlı bir prosesdə bütövləşmələridir. Bu piyada yürüş, əsasən, iki şəhər - Nəcəf və Kərbəla arasında baş tutur ki, burada da insanlar yol boyu bir çox maraqlı hadisələrə şahidlik edir.