Azərkosmos Bakı Ali Neft Məktəbində təqdimat keçiri FOTO


Digərləri 05 Yan 2018 11:06:44 272 0

Azərkosmos Bakı Ali Neft Məktəbində təqdimat keçiri  FOTO

Azərkosmos ASC-nin nümayəndələri Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinə "CANSAT Azerbaijan 2018" adlı təqdimat edib. Təqdimat Azərkosmosun Korporativ kommunikasiya şöbəsinin rəhbəri Fidan Behbudova və Peyk mühəndisi Rüstəm Zeynalov tərəfindən edilib.

Son.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərkosmos ASC-nin birgə təşkilatçılığı ilə baş tutacaq "CANSAT Azerbaijan 2018" - yaradıcı fikirlərə əsaslanan model peyk müsabiqəsidir. NASA, Amerika Astronomiya Cəmiyyəti (AAS),  Amerika Aviasiya və Kosmik Elmlər İnstitutu (AIAA), həmçinin kosmik sektorda aparıcı qurumların dəstəyilə 1998-ci ildən etibarən hər il ABŞ-da keçirilən bu müsabiqə kosmik texnologiyalar sahəsində universitet tələbələrinin motivasiya və inkişafına yönəldilmiş layihədir.

Qonaqlar tədbir zamanı BANM-ın tələbələrinə müsabiqənin şərtləri, qeydiyyatı, bu sahədə mümkün olacaq müzakirələr və təlimlərin keçirilməsi, hesabatların hazırlanması, tələbələr tərəfindən hazırlanmış olacaq modelin səmaya buraxılması, qiymətləndirmə meyarı və nəhayət mükafatlandırma haqqında geniş məlumat verib. Müsabiqənin 7 mərhələdən ibarət olduğunu bildirən nümayəndələr həmin mərhələlər və təqvimlə tələbələri tanış ediblər. Sonda tələbələr Azərkosmosun nümayəndələrinə müsabiqədə iştirakla bağlı suallarla müraciət ediblər.


Xəbərə aid fotolar