Daha bir müğənni ehtiraslı klipinə görə həbs edildi VİDEO FOTO


Digərləri 05 Yan 2018 11:07:00 323 0

Daha bir müğənni ehtiraslı klipinə görə həbs edildi  VİDEO  FOTO

Çərşənbə axşamı günü saxlanılan müğənni iddiaları təkzib etsə də, hakim onu haqsız hesab edib

Daha bir misirli müğənni çəkdiyi klipə görə saxlanılıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Laila Amer adlı müğənni klipində əxlaqsızlığı təbliğ etdiyinə görə tutulub. Beləliklə, o, noyabr ayından bəri saxlanılan 3-cü müğənni qadın olub.

Laila "Bos Omak" mahnısına çəkdirdiyi klipə görə tutulub. Buna səbəb isə həm klipdə təhrikedici, ehtiraslandırıcı hərəkətlərin olması, həm də söyüşə yer verilməsidir.

Youm7-nin məlumatına görə, çərşənbə axşamı günü saxlanılan müğənni iddiaları təkzib etsə də, hakim onu haqsız hesab edib. Onlar bu klipi "cəmiyyət üçün təhlükə" adlandırıblar.

Qeyd edək ki, ötən ilin noyabr ayında müğənni Şəimə Əhməd klipində təhrikedici formada banan yediyinə görə həbs edilib.


Xəbərə aid fotolar