Ötən il ən çox ƏƏSMN-in e-xidmətlərinə müraciət olub


Digərləri 05 Yan 2018 11:03:00 176 0

Ötən il ən çox ƏƏSMN-in e-xidmətlərinə müraciət olub

Ötən il “Elektron Hökumət” portalında e-xidmətlərinə ən çox müraciət edilən qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) olub.

Bakı. Ötən il “Elektron Hökumət” portalında e-xidmətlərinə ən çox müraciət edilən qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) olub. Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 2017-ci ildə əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə 9 milyon 340 min 808 dəfə müraciət edilib. ƏƏSMN-in fəaliyyət sahələri üzrə elektron xidmətlər şəbəkəsi əhalinin bu sahələr üzrə dövlət xidmətlərindən real vaxt rejimində, çevik və şəffaf şəkildə istifadəsinə şərait yaradıb. Bu da həmin e-xidmətlərə müraciətlərin ötən il ərzində də artmaqda davam etməsini şərtləndirib. Belə ki, 2017-ci il ərzində nazirliyin e-xidmətlərinə əvvəlki illə müqayisədə 42,6 faiz çox olmaqla 9 milyon 340 min 808 dəfə müraciət edilib və bu göstərici ilə ƏƏSMN 2017-ci ildə “Elektron Hökumət” portalında e-xidmətlərinə ən çox müraciət edilən qurum olub. Ötən il portala müraciətlərin 40,6 faizini məhz əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə yönələn müraciətlər təşkil edib.