Müvəqqəti işlər vəkili: Estoniya "Şimal-Cənub" nəqliyyat marşrutuna qoşula bilər


Digərləri 05 Yan 2018 10:58:41 202 0

Müvəqqəti işlər vəkili: Estoniya "Şimal-Cənub" nəqliyyat marşrutuna qoşula bilər

Estoniya “Şimal-Cənub” nəqliyyat marşrutuna qoşula bilər.

Bakı. Estoniya “Şimal-Cənub” nəqliyyat marşrutuna qoşula bilər. Estoniya Azərbaycan üçün Skandinaviya bazarına tramplindir. Caspian European Club-dan Trend-ə verilən məlumata görə, bunu Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərlik etdiyi Caspian Energy jurnalının nümayəndə heyəti ilə görüşdə deyib. Görüşdə Caspian European Club, Caspian American Club və Caspian Energy İnternational Media Group çərçivəsində Estoniya və Avropa İttifaqı (Aİ) arasındakı informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub. İ.Kiverik həmçinin, Estoniya şirkətlərinin “Caspian Energy Forum – 2018 Tbilisi”də iştirakında maraqlı olduğunu ifadə edib.