Azərbaycanda 60 ilə yaxın tarixi olan muzey əhəmiyyətli əşyalar mədəni sərvət hesab edilməyəcək


Digərləri 05 Yan 2018 10:39:30 139 0

Azərbaycanda 60 ilə yaxın tarixi olan muzey əhəmiyyətli əşyalar mədəni sərvət hesab edilməyəcək

Sərgi, qastrol səfərləri ilə bağlı təqdimat keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı qaydasında dəyişiklik edilib

Nazirlər Kabineti “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nda dəyişiklik edib.

“Report”un xəbərinə görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Qaydanın 2.2.6-cı bəndində edilən dəyişikliyə əsasən, qədim nadir kolleksiyalar və 1960-cı ildən əvvəlki dövrə aid olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.) Azərbaycanın milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş daşınar mədəni sərvətlər hesab edilir.

Qayda indiyədək belə idi: “Qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.) Azərbaycanın milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş daşınar mədəni sərvətlər hesab edilir.