1960-cı ildən əvvəlki dövrə aid muzey əhəmiyyətli əşyalar mədəni sərvətlər hesab olunacaq


Digərləri 05 Yan 2018 10:41:00 221 0

1960-cı ildən əvvəlki dövrə aid muzey əhəmiyyətli əşyalar mədəni sərvətlər hesab olunacaq

"Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”na dəyişikliklər edilib.

Bakı. İlhamə İsabalayeva - "Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”na dəyişikliklər edilib. Trend-in məlumatına görə, yeni dəyişikliklərə əsasən, artıq qədim nadir kolleksiyalarla yanaşı, 1960-cı ildən əvvəlki dövrə aid muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.) Azərbaycan ərazisində bu qaydanın məqsədləri üçün mədəni sərvətlər hesab ediləcək. Qaydaların indiyədək mövcud olan variantına görə, qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.) Azərbaycan ərazisində bu qaydanın məqsədləri üçün mədəni sərvətlər hesab edilirdi.