Yeni ildə bir milyard dollar qazanmaq istəyirsiz?


Digərləri 05 Yan 2018 10:40:00 276 0

Yeni ildə bir milyard dollar qazanmaq istəyirsiz?

Artıq 2018-ci ilə qədəm qoymuşuq, yeni ilin ilk günlərini yaşayırıq. 

Bir çox investorların qalxacağına böyük ümidlər bəslədiyi bitkoin təzə ilə ucuzlaşma ilə başlasa da, ABŞ-ın "Powerball" və "Mega Millions" loterayalarında mükafat məbləği 300 milyon dollar artaraq, ümumilikdə təxminən 1 milyard dollara çatıb.

Adıçəkilən lotereyalarda ABŞ vətəndaşları kimi, Azərbaycan vətəndaşları da iştirak edə bilər.

"Powerball" lotereyasında cekpot məbləği 550 milyon dollar təşkil etdiyi halda, "Mega Millions"un  əsas mükafatı 418 milyon dollara çatıb. Belə ki, müvafiq olaraq çərşənbə axşamı və çərşənbə günü keçirilən tirajlarda düzgün rəqəmləri seçən olmayıb.

Lotereya məbləğinin artması ilə oyunda iştiraka maraq da artır. TheLotter.com beynəlxalq lotereya xidmətinin hesabalamalarına görə, ABŞ-ın ən iri iki lotereyasında həftəsonu cekpot qazanılmasa, artıq gələn həftə yarım milyard dollarlıq dünya rekordu təzələnə bilər. 

"Adətən, bu lotereyalarda iri məbləğli cekpotlar oynanılan zaman insanlar  bir dəfəyə hər iki lotereyanın  biletini alır. Belə hal tez-tez müşahidə olunur", - deyə ABŞ Milli Ümumsatış Məhsulları Mağazaları Assosiasiyasının mətbuat xidmətinin əməkdaşı Cef Lenard bildirib. Adıçəkilən qurum bütün milli lotereya biletlərinin satışının üçdə iki hissəsinə cavab verir. 

"Alıcıların  müstəsna olaraq bu və ya digər lotereyaya üstünlük verməsi halı müşahidə olunmur. Mağazalarda hər iki lotereya "Mega Millions" və "Powerball"ın biletləri satılır, eyni zamanda, hər iki bileti alanlar qazanma şansını artırmış olur".

9 yanvar 2016-cı il. Kaliforniya, Houtorn şəhər mağazası. 1.5 milyard dollar məbləğində olan rekord "Powerball" cekpotunu qazanmağa çalışan insanlar bilet almaq üçün növbə gözləyir.