"Azərkosmos" Bakı Ali Neft Məktəbində təqdimat keçirib (FOTO)


Digərləri 05 Yan 2018 10:35:00 230 0

"Azərkosmos" Bakı Ali Neft Məktəbində təqdimat keçirib (FOTO)

"Azərkosmos" ASC-nin nümayəndələri Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinə “CANSAT Azerbaijan 2018” adlı təqdimat edib.

Bakı. "Azərkosmos" ASC-nin nümayəndələri Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinə “CANSAT Azerbaijan 2018” adlı təqdimat edib. BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təqdimat Azərkosmosun Korporativ kommunikasiya şöbəsinin rəhbəri Fidan Behbudova və Peyk mühəndisi Rüstəm Zeynalov tərəfindən edilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərkosmos ASC-nin birgə təşkilatçılığı ilə baş tutacaq “CANSAT Azerbaijan 2018” - yaradıcı fikirlərə əsaslanan model peyk müsabiqəsidir. NASA, Amerika Astronomiya Cəmiyyəti (AAS), Amerika Aviasiya və Kosmik Elmlər İnstitutu (AIAA), həmçinin kosmik sektorda aparıcı qurumların dəstəyilə 1998-ci ildən etibarən hər il ABŞ-da keçirilən bu müsabiqə kosmik texnologiyalar sahəsində universitet tələbələrinin motivasiya və inkişafına yönəldilmiş layihədir.