Azərbaycanda bu avtomobillər 15004000 manata qədər bahalaşdı


Digərləri 05 Yan 2018 09:14:09 275 0

Azərbaycanda bu avtomobillər 15004000 manata qədər bahalaşdı

Azərbaycanda işlənmiş avtomobillərin qiymətində kəskin bahalaşma müşahidə edilir.

Son.az bildirir ki, unikal.org-un əməkdaşının avtomobil bazarında apardığı araşdırmaya görə, ili 1993-1999-cü il olan "Mercedes" markalı avtomobillərdə 1500-3500 manat arası bahalaşıb.

3 ay əvvəl buraxılış ili 1998-ci il olan "Mercedes" E 220 -nin satış qiyməti 6500-7500arasında dəyişirdisə, hazırda bu avtomobilin qiyməti 10500-11500 arasındadır.

3 ay əvvəl buraxılış ili 1996-ci il olan "Mercedes" E 230 -nin satış qiyməti 5500-6500 olduğu halda, hazırda qiyməti 8500-9500 arasında dəyişir.

3 ay əvvəl buraxılış ili 1997-ci il olan "Mercedes" C 180-nin satış qiyməti 6500-7500 civarında idisə, hazırda qiyməti 8500-11500 arasında dəyişir.

3 ay əvvəl buraxılış ili 2007- ci il olan "Hyundai Sonata" satış qiyməti 10 000-11500 arasında dəyişirdisə, hazırda qiyməti 13500-14500 manatadır.

Bununla belə, "Opel", "Nissan", "KİA", "Lada" (VAZ) markalı avtomobillərdə də bahalaşma qeydə alınıb.