Bakıda avtomobillərin qiyməti dəyişib


Digərləri 05 Yan 2018 08:24:00 192 0

Bakıda avtomobillərin qiyməti dəyişib

Dekabr ayı ərzində avtomobil bazarında satışlarda, eləcə də "online" avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub. Son.az bildirir ki, bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.

V.Hüseynov bildirib ki, ilin sonu olduğu üçün durğunluq gözlənilən idi, ancaq buna baxmayaraq avtomobil bazarında qiymətlərdə 15-20 faiz artım qeydə alınıb.

Onun sözlərinə görə, qiymətlərdə artıma səbəb Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumunun dəyişəcəyi ilə bağlı yayılan məlumatlar olub.