Türk serialları ölkəyə yarım milyard dollara yaxın GƏLİR GƏTİRDİ


Digərləri 05 Yan 2018 08:12:00 313 0

Türk serialları ölkəyə yarım milyard dollara yaxın GƏLİR GƏTİRDİ

140-dan çox ölkədə göstərilən türk serialları 2017-ci ildə Türkiyəyə 350 milyon dollardan çox gəlir gətirib.

Son.az xəbər verir ki, qardaş ölkənin serial sektoru yüksək ixracat göstəricilərinə nail olaraq böyük uğura imza atıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə, son 10 ildə dünyada maraqla izlənən türk serialları Amerika seriallarından sonra ikinci sırada yerləşib.

Amerikadan Rusiyaya, Balkanlardan Orta Şərqə və Uzaq Şərqdən Latın Amerikaya qədər dünyanın dörd bir tərəfində göstərilən serialların illik ixracat gəliri 350 milyon dollardan çox olub.