Günün qoroskopu: bədgümanlığınız varsa, yeni işə və ya layihəyə başlamayın


Digərləri 05 Yan 2018 00:01:00 482 0

Günün qoroskopu: bədgümanlığınız varsa, yeni işə və ya layihəyə başlamayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısı informasiya əldə etmək və bilikləri artırmaq üçün əlverişli zamandır. Məlumatlar ilk baxışda önəmsiz təsir bağışlaya bilər - amma ilkin təəssüratlara aldanmayın.

Özünüzə əmin deyilsinizsə, bədgümanlığınız varsa, yeni işə və ya layihəyə başlamayın.

Günün ikinci yarısında məsuliyyətli davranın, diqqətli və sayıq olun. İşlərinizdə uğur qazanmaq üçün qətiyyətli, iradəli davranın.

Münasibətlərdə problemlərin yaranmaması üçün qaba və kobud insan təsiri bağışlamayın. Yaxınlarınızın ən elementar məsələləri anlamaqdan imtina etmələri sizi təəccübləndirə bilər.

Buğa - yalnız işlərə ciddi yanaşma olarsa, uğur əldə edəcəksiniz. Məsuliyyəti üzərinizə götürməkdən çəkinməyin. Gərəkli informasiyanı əldə edin. Situasiyanın istənilən formada dəyişməsinə hazır olun. Az sonra gərəyiniz olacaq biliklərə yiyələnin, təcrübə əxz edin.

Günün ikinci yarısında məqsədə doğru maksimal dərəcədə irəliləməyə çalışın.

Şəxsi münasibətlərdə hər şey istədiyiniz kimi deyil. Yaxınlarınızdan biri ilə münaqişə istisna deyil. Dəyər verdiyiniz insanla münasibətlərə sərinlik gətirəcək addımlar atmayın.

Əkizlər - səhər saatlarından etibarən peşəkar fəaliyyət müstəvisində arzuolunmaz situasiya yaranacaq. İşgüzar danışıqlar zamanı problemlər yarana bilər. Maliyyə məsələləri ilə bağlı anlaşılmazlıqları çözün.

Maliyyə durumunuzdan yararlanmaq istəyən insanlar var.

Günün ikinci yarısında səfərdə ehtiyatlı olun. Saatlar keçdikcə situasiya normallaşacaq. Rahat şəraitdə çalışa biləcəksiniz. Yaxınlarınızla mübahisə etməyin. Sevdiyiniz insanla təmaslarda həssas və qayğıkeş olun.

Xərçəng - günün ilk yarısı informasiya və məlumatların alınması üçün əlverişlidir. İşinizdə səlis, dəqiq olun, kobud səhvlərə yol verməyin. Alış-veriş zamanı pulunuzu gərəksiz əşyalara sərf etməyin. Yalnız lazım olanları alın.

Tələsik alınan əşyalarda sonradan üzə çıxaracağınız defektlər və ya qüsurlar ola bilər.

Diqqətli davranın.

Günün ikinci yarısında işləri tamamlayın. Tələsik davransanız, kiçik travmalar və qüsurlar ola bilər. Gələcək işlərinizdə sizə yardım edə biləcək maraqlı insanlarla qarşılaşacaqsınız.

Şir - günün ilk yarısı çətin və mürəkkəb olacaq. Buna rəğmən işləri yarımçıq qoymayın, problemlərin öhdəsindən gəlməyə çalışın. Yaxın ətrafınızdakı insanların sizi qeyd-şərtsiz dəstəkləyəcəklərini düşünməyin. Tərifdən çox tənqid eşidəcəksiniz.

Tənqidlərə sərt reaksiya verməyin.

Günün ikinci yarısında obyektiv reallıqla barışın.

Şəxsi münasibətlərdəki situasiyanı məntiqlə izah etmək asan deyil. Köhnə səhvlərə, yeni yanlışlıqlara görə "hədəf"ə çevrilə bilərsiniz. Natamamlıq kompleksinə qapılmayın.

Qız - yaxın ətrafınızdakı insanlardan birinə yardım edin. Yeni ideyalar formalaşacaq. Yaradıcı potensialınızın səviyyəsini artırın. İşgüzar fəallığınız hiperaktivliyə çevrilməməlidir.

Önəmli layihəyə başlamaq, mühüm sövdələşmələri müzakirə etmək üçün əlverişli zaman deyil.

Alış-verişi ertələyin.

Günün ikinci yarısında dostların və yaxınların tənqidlərinə həddən artıq sərt reaksiya verməyin. Bəzi iradlardan faydalana bilərsiniz. Ötənlərdəki hadisələrdən biri ilə bağlı xoş olmayan xatirələr gündəmə gələcək.