Klub rəhbəri: 10 gündür ki, alpinistləri axtarırıq VİDEO


Digərləri 04 Yan 2018 23:57:00 303 0

Klub rəhbəri: 10 gündür ki, alpinistləri axtarırıq  VİDEO

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları davam edir.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov deyib.

"Axtarış tədbirləri Qəbələ və Xınalıq istiqamətlərində aparılır. Qəbələ rayonunda axtarışlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcədə FHN əməkdaşları və federasiya işçiləri tərəfindən həyata keçirilir", - deyə o bildirib.

Z. Qasımov qeyd edib ki, axtarışlar artıq 10 günə yaxındır ki davam edir.

Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.


Xəbərə aid video