Sumqayıtda ev yanıb


Digərləri 04 Yan 2018 23:47:00 264 0

Sumqayıtda ev yanıb

Sumqayıt şəhərində ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 6 m² sahədə qismən yanmışdır.

Son.az Trend-ə istinadən bildirir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​