Goranboy sakini bıçaqlanıb


Digərləri 04 Yan 2018 22:59:00 255 0

Goranboy sakini bıçaqlanıb

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Dəliməmmədli şəhərində qeydə alınıb. Belə ki, şəhərin şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş 20-23 yaşlı sakini bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda əməliyyat edilən yaralının vəziyyəti ağırdır. Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.