Sumqayıtda yanğın olub, 5 nəfər təxliyə edilib


Digərləri 04 Yan 2018 22:43:00 188 0

Sumqayıtda yanğın olub, 5 nəfər təxliyə edilib

Sumqayıtda yaşayış binasında yanğın olub.

Son.az FHN-nin saytına istinadən bildirir ki, yanğın ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin yanar konstruksiyaları 6 m² sahədə qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​