İmam Əliyə istinad edilən bəzi əsassız kəlamlar


Digərləri 04 Yan 2018 22:45:00 292 0

İmam Əliyə istinad edilən bəzi əsassız kəlamlar

Aşağıda yazdığımız və İmam Əliyə (ə) nisbət verilən hədislərin heç biri şiələrin mötəbər kitablarında keçməyib. Bundan əlavə, bu hədislərin ilk mənbəsi əhl-sünnə sufiləri və şiə ğulatları olublar. Həmçinin bu hədislərin mötəbər mənbəsi olmadığı kimi, mötəbər sənədi də yoxdur və demək olar ki, ümumiyyətlə sənədsizdirlər.

Son.az muselman.az-a istinadən bildirir ki, bunlar hədis deyil, bəlkə arif və sufi adlanan camaatın dilində gəzən sözlər olubdur. Yenə də qeyd edirəm ki, mötəbər sənəd və mənbələri yoxdur, bəzən Quran ayələri, bəzən də tarix ilə ziddiyyət təşkil edir. Həmçinin Qurani-Kərimin İmam Əli (ə) zamanında indiki şəkildə nöqtələnməsi isbat oluna bilməyib. İmam Əlinin (ə) şagirdlərinin gördüyü iş Quranın səslərini rəngli nöqtələrlə göstərmək olub. Məsələn "ə" səsi üçün hərifin üzərində "yaşıl" nöqtə, "i" səsi üçün hərifin aşağısında "yaşıl" nöqtə və ... Bu iddianı İmam Əli, İmam Həsən və İmam Səccadın xətti ilə bizim əlimizə gəlib çatmış nüsxələr də təsdiq edir. Çünki həmin nüsxələrdə səslər rəngli nöqtələr ilə göstərilib, amma hərflər nöqtəsizdir.

Bundan əlavə bu sözləri bəzi qədim alimlər öz zamanlarının sufi və ariflərinin sözü olaraq nəql ediblər.

Hədislərə gəlincə, aşağıdakılardır:

1. "Mən "Bismillah"dakı "ba"nın nöqtəsiyəm" (ب ) - ilk dəfə hq. 7-ci əsrdə İbn Təlhə Şafei sənədsiz şəkildə nəql edib.

2. "Mən nöqtəyəm, mən xəttəm, mən nöqtə və xəttəm" - ilk dəfə İbn Şəhr Aşub (v. 588 hq) "Mənaqib" kitabında sənədsiz şəkildə yazıb.