Müəmmalı şəraitdə bıçaq xəsarəti aldı


Digərləri 04 Yan 2018 22:36:00 350 0

Müəmmalı şəraitdə bıçaq xəsarəti aldı

Goranboy sakini bıçaq xəsarəti alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, rayonun Nizami kənd sakini 1980-ci il təvəllüdlü Əsgərov Aftandil Hədi oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. A. Əsgərov yıxılaraq qarnına bıçaq batdığını deyib. 

Faktla bağlı araşdırma aparılır.