Türkiyə ordusu PKKya sarsıdıcı zərbə vurub


Dünya 04 Yan 2018 22:38:00 245 0

Türkiyə ordusu PKKya sarsıdıcı zərbə vurub

Türkiyə ordusunun ölkənin Ərzincan vilayətinin Refahiye rayonunda PKK-ya qarşı keçirdiyi əməliyyat nəticəsində bu terror təşkilatının müxtəlif ərazilərdə yerləşən üç düşərgəsi və dörd anbarı ələ keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, düşərgə və anbarlarda terrorçulara məxsus qış geyimləri, soyuq havada istifadə olunan ləvazimatlar, çox sayda silah və sursat aşkarlanıb. Uzun illər PKK-nın istifadə etdiyi bu ərazilər tamamilə Türkiyə ordusunun nəzarətinə keçib.

Türkiyə rəsmiləri əməliyyatı PKK-ya qarşı sarsıdıcı zərbə kimi dəyərləndiriblər.