Nələrin üzərinə səcdə etmək olar?


Digərləri 04 Yan 2018 22:20:00 241 0

Nələrin üzərinə səcdə etmək olar?

- Yerə və yerdə bitən şeylərə səcdə etmək olar. Məsələn, ağac və ağac yarpağının üzərinə səcdə etmək olar.

- Arpa və buğda kimi yeyilən, pambıq kimi geyilən, yerdən çıxan qızıl, gümüş və bu qəbil şeylərin üzərinə səcdə etmək olmaz. Lakin mərmər kimi mədən daşlarının üzərinə səcdə etmək olar.

- Əlacsız qaldıqda qır kimi şeylərin üzərinə səcdə etmək olar;

- Əgər üzüm yarpağı yumşaq və yeyiləsi halda olarsa, onun üzərinə səcdə etmək olmaz. Bu halda olmazsa, eybi yoxdur;

- Heyvan yemi sayılan və yür üzərində bitən ot və saman kimi şeylər üzərinə səcdə etmək olar;

- Son.az muselman.az-a istinadən bildirir ki, yeyilməyən güllərin üzərinə də səcdə etmək olar. Lakin elə bitkilər var ki, yerdən çıxır, onlardan dərman kimi istifadə olunur, qaynadılaraq suyu içilir - bu cür bitkilər üzərinə səcdə etmək olar. Məsələn, bənövşə və mal dili bitkisi kimi;

- Elə bitkilər var ki, bəzi məntəqələrdə yeyilir, bəzi məntəqələrdə isə yeyilmir; yeyilməsi adət halı almayan bitkilərin, həmçinin yetişməmiş meyvə üzərinə ehtiyata əsasən səcdə edilməməlidir;

- Əhəng daşı və təbaşir üzərinə səcdə etmək olar. Bişmiş təbaşir, əhəng, kərpic və palçıqdan düzəlmiş kuzəyə səcdə etməyin bir problemi yoxdur;