Yataq otağınıza bu 5 bitkini qoyun


Digərləri 04 Yan 2018 22:05:00 261 0

Yataq otağınıza bu 5 bitkini qoyun

Bitkilər dekorativ bəzək olmaqla yanaşı, sağlamlıq üçün də son dərəcə faydalıdırlar. Bəziləri bədənə sakitləşdirici və təmizləyici təsir edir, hətta yuxu keyfiyyətini artıra bilən bitkilər də var. Daha yaxşı bir yuxu üçün yataq otağınızda bitki saxlamağın faydalı olduğunu bildirdinizmi?

Son.az lent.az-a istinadən sizi rahat yuxu vəd edən 5 bitki ilə tanış edir.

Areka palması

Bu bitki havanı təmizləyir, toksinləri və karbondioksidi yox edir. Bol miqdarda nəmi havaya buraxdığından istilik sisteminin havanı qurutduğu qış aylarında xüsusilə əlverişlidir.

Aloe vera

Aloe vera formaldehid kimi potensial olaraq təhlükəli kimyəvi maddələrin təmizlənməsinə kömək edən ən təsirli bitkidir. Ümumiyyətlə, digər bitkilərin əksinə olaraq, gecə oksigen yayır. Eyni zamanda, immunitetə müsbət istiqamətdə təsir edən uçucu maddələri də sərbəst buraxır.

Benjamin

Benjamin bir nömrəli hava təmizləyən bitkidir. Havadakı benzol, ammonyak, toluol və digər zərərli xarici maddələrin 70%-dən çoxunu aradan qaldırır. Eyni zamanda mövcud mikrobların yarısını yox edir. Həm yuxu keyfiyyətini artırır, həm də yataq otağında həqiqətən yaxşı görünür.