Türkiyədə İŞİDlə əlaqəsi olan 26 nəfər saxlanılıb


Dünya 04 Yan 2018 21:59:00 224 0

Türkiyədə İŞİDlə əlaqəsi olan 26 nəfər saxlanılıb

Türkiyənin Bingöl vilayətinin rəhbərliyi İŞİD terror qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən 26 nəfərin saxlanıldığını xəbər verib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Anadolu" agentliyi xəbər yayıb. Əməliyyat vilayətin təhlükəsizliyi üzrə idarə ilə Milli Kəşfiyyat İdarəsi tərəfindən birlikdə keçirilib. Reydlərin gedişatında polis həmçinin partlayıcı maddələr hazırlamaq üçün texnikanı, təxminən 4,6 min dollar pulu və ov tüfənglərini müsadirə edib. Şübhəlilər Bingöl, İstanbul, Adana, İzmir və Kilis vilayətlərində saxlanılıb.