Sabirabadda kabel oğruları tutulub


Digərləri 04 Yan 2018 21:33:00 216 0

Sabirabadda kabel oğruları tutulub

Sabirabad rayonunun Rüstəmli kəndində yerləşən "Yeni Zəngilan" qəsəbəsində elektrik enerjisi olmayan dirəklərdəki aliminium məftillər naməlum şəxslər tərəfindən oğurlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, Sabirabad RPŞ-nin Qaragüney polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon Pirveyis kənd sakinləri Maqsud Məmmədov, Möhlət Məmmədov və həmin rayonun Kolqışlaq kənd sakini Rəhim Cəfərquliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.