Rus ordusu qisas əməliyyatına başladı


Dünya 04 Yan 2018 21:28:00 317 0

Rus ordusu qisas əməliyyatına başladı

Suriyadakı rus hərbi bazası atəşə tutulub, 2 rus əsgəri öldürülüb

Suriyada Rusiyaya aid Hmeymim hərbi hava limanı minalardan atəşə tutulub. Hadisə zamanı iki rus əsgəri ölüb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb: "31 dekabr 2017-ci il tarixdə axşam vaxtı Hmeymim bazası silahlılar tərəfindən atəşə tutulub. Əsgərlərimiz qəfil hücuma məruz qalıb. 2 hərbçimiz qətlə yetirilib. 7 ədəd döyüş təyyarəmizin məhv edildiyi xəbərləri isə yalandır".

"Hazırda həmin hücumda iştirak edən silahlıların axtarışı və məhv edilməsi üçün işlər gedir. Habelə hava limanına yaxın ərazilərin qorunması üzrə tədbirlər həyata keçirəcəyik" - Rusiya Müdafiə Nazirliyindən bildirilib.