Şamaxıda bədbəxt hadisə: Boru sürücünün qasığından girib,


Digərləri 04 Yan 2018 21:16:00 268 0

Şamaxıda bədbəxt hadisə: Boru sürücünün qasığından girib,

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobili ilə çuxura düşən sürücü ağır xəsarət alıb. Çuxurda olan dəmir boru sürücünün qasığından girərək belindən çıxıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ağır qəza Şamaxı rayonunda baş verib. 33 yaşlı Nağaraxana kənd sakini Rəşayiq Məmmədov avtomobil idarə edər zaman yolun ortasındakı çuxurda olan 32 milli metrlik dəmir boru avtomobilin alt hissəsini deşərək sürücünün qasıq nahiyəsinə girib. O, ağır vəziyyətdə təcili yardım maşını ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstə ilkin tibbi yardım aldıqdan sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib. Həkimlərin bir neçə saat çəkən əməliyyatından sonra yaralı sürücü sağ qalıb. Həkimin sözlərinə görə, yaralı xəstəxanaya daxil olarakən çox ağır vəziyyətdə olub. Həkim Azər Qasımovun sözlərinə görə, Rəşayiq Məmmədovun hazırda həyatı təhlükəsi yoxdur. Ağır xəsarət alan sürücü deyir ki, qəza qəfildən baş verib. Düşdüyü çuxurdan çıxa bilmədiyindən tez qardaşına zəng vurub. Elə ilk yardımı da ona qardaşı edib. İndi hadisə ilə bağlı Şamaxı rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları araşdırma aparırlar. Qəzanın dəqiq səbəbi araşdırmadan sonra məlum olacaq.


Xəbərə aid video