Cəlilabad sakini 3 kiloqram heroinlə tutuldu VİDEO


Digərləri 04 Yan 2018 20:56:00 248 0

Cəlilabad sakini 3 kiloqram heroinlə tutuldu  VİDEO

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Pərdi kənd sakini Oqtay Rufullayev saxlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evə də baxış keçirilib. Evin həyətindəki tövlədə gizlədilmiş 2 bükümdə narkovasitə polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.

Onun üzərindən və həyətindəki tövlədən götürülmüş, ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 3 kiloqram 118 qram heroin olması barədə rəy verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Xəbərə aid video