Saat almağa pulu yox idi milyon dollarlıq saat biznesi qurdu


Digərləri 04 Yan 2018 20:10:00 315 0

Saat almağa pulu yox idi  milyon dollarlıq saat biznesi qurdu

2011-ci ildə Filip Tysander cəmi 24.000 dolarllıq büdcə ilə yeni bir saat markası yaratdı. Hazırda 31 yaşı var və təkbaşına yaratdığı şirkətlə ildə 180 milyon dollar gəlir əldə edir.

Son.az bizplus.az-a istinadən bildirir ki, özünü və dünyanı kəşf etmək istəyən digər gənclər kimi, o da xəyallarının arxasına düşüb və məktəbi bitirən kimi Avstraliyaya gedib. Avstraliyada rolex saatı taxan Daniel Wellington adlı bir ingilislə tanış olur. Danielin tərzini çox bəyənən Flip yeni saat brendi yaratmaq və adını da Daniel Wellington qoymaq qərarına gəlir.

"Bazarda yeni tərzli saat brendinə ehtiyac var idi" Saat brendi üçün seçdiyi ad qlobal bazar üçün çox uğurlu bir seçim idi. Ancaq həmin dövrdə öz işini qurmaq üçün Flipin pulu yox idi və bir neçə işdən qovulmuşdu. Buna görə yenidən özünə iş tapmaq qərarına gəlir və müxtəlif işlərdə işləyir. İşdən qazandığı 24.000 dollardan istifadə edərək öz işini qurmağa başlayır.

"İlk öncə online mağaza yaratdım. Loqonu Photoshopla özüm dizayn etdim. Dizaynı da Çində Nato saatları istehsal edən bir fabrikə göndərdim."

Gözəl saatlarla böyük bir müvəffəqiyyətə imza atan Tysander satışlarında sosial medianın gücündən də istifadə edib. Markanın hazırda Instagramda 2 milyondan çox izləyicisi var.