İranda kütləvi nümayişlər 5 suala cavabda


Digərləri 04 Yan 2018 20:19:00 312 0

İranda kütləvi nümayişlər  5 suala cavabda

İranlılar ölkə boyu müxtəlif şəhərlərdə küçələrə çıxaraq iqtisadi çətinliklər və siyasi represiyalara qarşı etiraz nümayişlərində iştirak ediblər.

İranda müşahidə edilən son etirazlar 2009-cu ildə prezident seçkilərinin rəsmi nəticəsinə qarşı milyonlarla insanın iştirak etdiyi etirazlardan sonra baş vermiş ən irimiqyaslı kütləvi etiraz nümayişidir.

Nümayişlər nə dərəcədə geniş yayılıb?

Nümayişlər dekabrın 28-də ölkənin şimal-şərqində yerləşən İranın ikinci ən böyük şəhəri Məşhəddə, iqtisadi çətinliklərə və qiymətlərin bahalaşmasına qarşı yüzlərlə insanın etirazı ilə başlayıb.

Bundan sonra hakimiyyətə qarşı nümayişlər, paytaxt Tehran da daxil olmaqla, on minlərlə insanın iştirakı ilə təxminən 25 şəhərə yayılıb.

Bəzi nümayişlərdə etirazçılar və təhlükəsizlik xidmətlərinin əməkdaşları arasında baş vermiş toqquşmalar baş verib. Dövlət mediasının məlumatına görə, bu toqquşmalar nəticəsində indiyədək ən azı 22 nəfər həyatını itirib və yüzlərlə insan saxlanılıb.

Etirazçılar nə istəyir?

İlkin nümayişlər prezident Həsən Ruhaninin idarə etdiyi hökumətin iqtisadi uğursuzluqlarını hədəfə alıb. Etirazçılar işsizlik səviyyəsinin yüksək qalması, inflyasiyanın yüksək olması, korrupsiya və iqtisadi inkişafın durğunluğundan şikayətləniblər.

Etirazçılar, həmçinin İranın Yaxın Şərqdəki münaqişələrə yatırdığı kütləvi maddi xərcləri sual altına qoyaraq, bu resursların ölkə daxilində istifadə edilməsini tələb ediblər.

Lakin nümayişlər yayıldıqca, etirazçılar həm də siyasi şuarlar da səsləndirməyə başlayıblar. Bir çox etirazçı İranı hökumətindəki liderləri tənqid ediblər.

Bazar günü Tehranda keçirilən bir nümayişdə insanlar ayətullah Əli Xəmeneyini hədəfə alaraq "diktatora ölüm" şuarını səsləndiriblər.

Bəzi etirazçılar hətta 1979-cu ildə devrilən monarxiyanın qaytarılmasını tələb ediblər.

Hökumət nə edib?

Təhlükəsizlik orqanları ilkin nümayişlərdə iştirak edən etirazçılara nisbətən yumşaq yanaşıblar. Cümə axşamı günü Məşhəddə keçirilən nümayişin iştirakçılarına qarşı yüksək təzyiqli su şırnağı istifadə edilib və bir neçə şəxs saxlanılıb. Lakin nümayişlər yayıldıqca onlara qarşı tətbiq edilən tədbirlər də sərtləşib.

İranın mötədil siyasi qüvvələrinin təmsilçisi kimi qiymətləndirilən prezident Həsən Ruhani İrana qarşı iqtisadi sanksiyaların qaldırılması üçün 2015-ci ildə ABŞ-la nüvə sazişinin əldə edilməsində böyük rol oynayıb. O, bazar günü deyib ki, iranlılar "hökuməti tənqid etməyə və etiraz etməyə tamamilə sərbəstdirlər".

Prezident Həsən Ruhani deyib ki, qanunu pozanlara qarşı "heç bir tolerantlıq göstərməyəcək"

Lakin, o, həmçinin xəbərdarlıq edib ki, təhlükəsizlik qüvvələri "ictimai əmlaka xəsarət yetirənlərə, ictimai asayişi pozanlara və cəmiyyətdə iğtişaşlara səbəb olanlara qarşı heç bir tolerantlıq göstərməyəcək".

Cənab Ruhani İranın problemlərinin aradan qaldırılmasının "vaxt tələb" etdiyini və bunun üçün hökumətin vətəndaşların köməyinə ehtiyacı olduğunu deyib. Lakin bu çağırışın şikayətlərin sakitləşməsinə heç təsiri olmayıb.

Milyonlarla iranlının istifadə etdiyi ismarıc proqramı - Telegram hökumət tərəfindən bloklanıb