78 yaşlı kişi arvadının 19 yaşlı sevgilisi tərəfindən qətlə yetirildi


Dünya 04 Yan 2018 18:22:00 199 0

78 yaşlı kişi arvadının 19 yaşlı sevgilisi tərəfindən qətlə yetirildi

Antaliyada evində ölü tapılan 78 yaşlı Mustafa Dedenin arvadının Suriya əsilli sevgilisi tərəfindən boğularaq öldürüldüyü ortaya çıxıb. Son.az Haberler-ə istinadən xəbər verir ki, Mustafa Ş. (78) 10 gün öncə evində ölü tapılıb. Arvadı Sıdıka Ş. (39) olay yerinə gələn polislərə ərinin cinsi gücü artırıcı dərman aldığını və bu səbəbdən ölmüş olduğu iddiasını önə çəkib.

Evə gelen Mustafa Ş-nin oğulları İsa, Musa və İsmail Ş atalarına aid 500 min lirədən çox pulun itdiyini bildirərək ölümün araşdırılması üçün prokurorluğa müraciət ediblər. Araşdırma başlayıb. Cəsədin yarılması sonrası Mustafa Ş-nin ağzının yumularaq nəfəssiz qaldığı və bu səbəbdən öldüyü ortaya çıxıb.

Polislər Mustafa Ş-nin arvadı Sıdıka Ş. və bir müddətdit görüşdüyünü bildirdiyi Suriya əsilli sevgilisi E.A-nı (19) saxlayıb. Şübhəli E.A-nın evində qətl zamanı istifadə etdiyi müəyyən edilən dəri əlcəklər ələ keçirilib.