Moskva İstanbulu belə nişan alacaq


Dünya 20 Yan 2016 19:01:39 317 1

Moskva İstanbulu belə nişan alacaq

Əgər Şərqi Avropada NATO-nun raket əleyhinə müdafiə sistemləri peyda olsa, Rusiya Krıma nüvə raketlərini yerləşdirəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenqauer söyləyib. Onun sözlərinə görə, rublun devalvasiyası və neft qiymətlərinin ucuzlaşması Moskvaya NATO-nun artan hərbi potensialına adekvat reaksiya verməyə imkan yaratmayacaq:

 

“Kreml bunu anlayır və ona görə də Qərbə özünün ən sevdiyi metod olan nüvə ritorikası ilə cavab verməyə başlayır. NATO ilə qarşıdurma Moskvanın Belarusdakı hərbi bazalarını artırmasına şərait yaradacaq. Nəzəri cəhətdən bu, Bosfor boğazında hərəkət üçün maneələrin yaradılmasına imkan verəcək. Analoji addım həmçinin ABŞ donanmasının Qara dənizə girməsinə də məhdudiyyətlər yaradacaq. Bu isə Türkiyə ilə konfliktdə Rusiyanın xeyrinə işləyəcək”.

 

Qeyd edək ki, bir müddət öncə mətbuata açıqlamasında Krım tatarlarının lideri Mustafa Cəmilov Rusiyanın artıq Krımda nüvə raketlərini yerləşdirdiyini bildirib. Cəmilovun bu iddiasını indiyə qədər nə Ukrayna, nə də Rusiya rəsmiləri təsdiq ediblər.