Azərbaycanlı QHT sədri Adnan Oktarı tənqid edənləri hədələdi FOTOFAKT


Digərləri 04 Yan 2018 17:45:00 277 0

Azərbaycanlı QHT sədri Adnan Oktarı tənqid edənləri hədələdi  FOTOFAKT

Türkiyədə olduöu kimi Azərbaycanda da özünü ilahiyyatçı kimi qələmə verən Adnan Oktara münasbət birmənalı deyil. Onu tənqid edənlərlə yanaşı müdafiə edənlər də var. 

Son.az interpress.az-a istinadən xənər verir ki, Adnan Oktara Azərbaycanın QHT sektorunda da pərəstiş edən şəxslər var. Onlardan biri də Gənclərin Mənəvi İnkişafı İçtimai birliyinin sədri Ramiq Vəliyevdir. Təşkilat sədri hətta bir az da irəli gedərək Adnan Oktarı İslam peyğəmbəri ilə müqayisə edib onu tənqid edənləri isə paxıl adlandıraraq həmin şəxsləri dolayısı ilə ölümlə hədələyib. Ramiq Vəliyevin Facebookda paylaşdığı həmin yazını olduğu kimi təqdim edirik.

"Bəzilərinin canının yandığı hiss olunur. Əməlli-başlı tüstüsü çıxanlar var hətta. Mübarək Peyğəmbərimizə və İmamlarımıza da belə həsəd apara-apara gəbərən çox oldu. Allah bir ayədə "Öfkənizlə gəbərin" deyir. Mən də inşaAllah deyirəm".


Xəbərə aid fotolar