Qarabağ problreminin həllində yollar Romadan keçəcək?


Siyasət 04 Yan 2018 17:47:00 220 0

Qarabağ problreminin həllində yollar Romadan keçəcək?

ATƏT-ə sədrlik İtaliyaya keçdi. Roma Dağlıq Qarabağ münaqişəsinin həllində fəallıq nümayiş etdirə bilərmi? İtaliya rəsmiləri və XİN Qarabağla məşğul olacaqlarını artıq açıqlayıblar. Ancaq bu ifadəni 25 ildə ATƏT-ə sədrlik edən bütün dövlətlər səsləndiriblər.

Son.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, yaxın keçmişdə ATƏT-ə sədrlik edən Qazaxıstan və Almaniyadan daha çox fəallıq umulurdu, amma alınmadı: "Əlbəttə, Astana bəlkə də hamıdan çox Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək istəyirdi. Ancaq ATƏT-ə sədrlik simvolik xarakter daşıyır, nə qədər fəal olsan da o birilərdən səs çıxmasa, nəticə olmayacaq. Əsas söz sahibi isə böyük dövlətlərdir ki, onlar Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün heç nə etmirlər".

Ekspert hesab edir ki, İtaliya da Qarabağ probleminin həllində ciddi söz sahibi ola bilməyəcək: "Tutaq ki, İtaliya münaqişənin həlli məqsədilə "mərhələli həll" planının qəbulunu vacib saydı, ancaq Ermənistan "yox" deyəndən və Kreml həmin "yox"u gizli və açıq şəkildə dəstəklədikdən sonra Roma nə edə biləcək? ATƏT-in Minsk qrupunun ilk illərdə sədrlərindən biri məhz italiyalı deputat və diplomat Mario Rafaelli idi. O da münaqişənin həlli üçün, ilk növbədə, Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması gərəkliyini bildirirdi. O vaxtdan 25 il keçib, dəyişən bir şey yoxdur". Qeyd edək ki, reqlamentə görə, hər 6 aydan bir ATƏT-ə başqa ölkə sədrlik edir.

İlkin İzzət Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində