Müəllif Hüquqları Agentliyinin strukturu təsdiqlənib


Siyasət 04 Yan 2018 17:35:40 321 0

Müəllif Hüquqları Agentliyinin strukturu təsdiqlənib

Qərarı Baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin strukturu”nu təsdiqləyib.

“Report”un xəbərinə görə, bununla bağlı qərarı Baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Sənədə əsasən, Müəllif Hüquqları Agentliyi Aparatının işçilərinin say həddi 39 vahid təsdiq edilib.