Kərim Diniyevin yeni klubu müəyyənləşib


İdman 04 Yan 2018 17:12:00 294 0

Kərim Diniyevin yeni klubu müəyyənləşib

"Kəpəz"dən ayrılan Kərim Diniyevin yeni klubu müəyyənləşib. Goal.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını "Səbail"də davam etdirəcək. Dayaq yarımmüdafiəçisi paytaxt təmsilçisi ilə münasibətlərini rəsmiləşdirib. Diniyev gələn mövsümün sonunadək "aslanlar"ın şərəfini qoruyacaq. 24 yaşlı futbolçu 2015-ci ilin yayından "Kəpəz"də çıxış edirdi. O, karyerası ərzində "Neftçi", "Sumqayıt" və AZAL kimi komandalarda forma geyinib.