Donald Tramp şəxsiyyət vəsiqələri ilə səsvermə sisteminə keçidi təklif edib


Dünya 04 Yan 2018 17:01:06 257 0

Donald Tramp şəxsiyyət vəsiqələri ilə səsvermə sisteminə keçidi təklif edib

ABŞ prezidenti: "Sistem saxtadır, şəxsiyyət vəsiqələri ilə səsverməyə keçmək lazımdır"

ABŞ prezidenti Donald Tramp şəxsiyyət vəsiqələri ilə səsvermə sisteminə keçidi təklif edib.

"Report" xəbər verir ki, D.Tramp "Twitter" səhifəsində bir sıra, o cümlədən demokratların çoxluq təşkil etdiyi ştatların 2016-cı ilin seçkiləri ilə bağlı məlumatları mümkün saxtalaşdırmanın yoxlanılması üzrə Komissiyaya təqdim etməkdən imtina etdiyini yazıb və seçicilərin şəxsiyyət vəsiqəsinin tələb olunduğu seçki sistemini zəruri sayıb.

"Onlar (ştatlar) var qüvvələri ilə Komissiyanın onların uçot və metodlarını görməməsinə çalışdı, çünki xeyli sayda insanın qanunsuz səs verdiyini bilirlər", - D.Tramp "Twitter"də yazıb.

"ABŞ vətəndaşı kimi sizdən ən mühüm şeydən - ölkənizi idarə edəcək insanların seçilməsindən başqa, hər işdə şəxsiyyət vəsiqəsi ən sərt şəkildə tələb edilir. Seçicilərin kimliyinin bilinməsinə çalışın!", - o əlavə edib.

Qeyd edək ki, ABŞ-da seçkilər yerli hakimiyyət orqanları tərəfindən idarə olunur. Bir sıra ştatlarda seçkilərdə səs vermək üçün sürücülük vəsiqəsi və ya şəkilli istənilən sənədi göstərmək kifayətdir.