ŞAD XƏBƏR! İşçilərin mükafatlandırılması üçün yeni yollar müəyyən edildi


Digərləri 04 Yan 2018 17:04:00 216 0

ŞAD XƏBƏR! İşçilərin mükafatlandırılması üçün yeni yollar müəyyən edildi

“İşsizlikdən sığorta haqqında” qanunun müddəalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 20 faizi bu nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsində və maddi- texniki bazasının yaxşılaşdırılmasında istifadə olunacaq.

Bakı. İlhamə İsabalayeva - “İşsizlikdən sığorta haqqında” qanunun müddəalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 20 faizi bu nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsində və maddi- texniki bazasının yaxşılaşdırılmasında istifadə olunacaq. Trend-in məlumatına görə, bu, Nazirlər Kabinetinin yeni təsdiqlədiyi və bu il yanvarın 1-dən qüvvəyə minən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanılan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda öz əksini tapıb. Yeni qaydalara əsasən, xüsusi vəsait nazirliyin işçilərinin kollektiv və fərdi qaydada mükafatlandırılmasına, işçilərin həvəsləndirilməsi tədbirlərinə istifadə ediləcək.